12 cüdoçumuzdan 4-ü medal qazanıb - Belçika Açıq turniri
Belçika Açıq turnirində azərbaycanlı cüdoçular 4 medal əldə ediblər.
Mediasport.az xəbər verir ki, İslam Rəhimov (66 kq) "qızıl", Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73 kq) və Kənan Nəsibovun (+100 kq) "bürünc" qazanıb.
Xatırladaq ki, yığmamız yarışda 12 idmançı ilə təmsil edilib.