Yığmamızın heyəti müəyyənləşdi

Yığmamızın heyəti müəyyənləşdi

18-20 avqust tarixlərində Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-pridə iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

MediaSport.az xəbər verir ki, ilkin siyahıda 12 idmançının adı göstərilib.

Kişilərdən Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), İbrahim Əliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Murad Fətiyev və Aslan Mirzəyev (hər ikisi 90 kq) tatamiyə çıxacaq.

Qadınlardan isə Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (57 kq) və Südabə Ağayeva (70 kq) qüvvəsini sınayacaq.