Yüksək Liqa: Təxirə salınmış oyunların vaxtı açıqlanıb

Yüksək Liqa: Təxirə salınmış oyunların vaxtı açıqlanıb

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1-ci turun təxirə salınmış iki qarşılaşması keçiriləcək.

Mediasport.az xəbər verir ki, 15:00-da start götürəcək görüşdə "Milli Aviasiya Akademiyası" və "Gəncə" üz-üzə gələcəklər. Həmin oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Digər matç isə "Murov Az Terminal"ın idman zalında keçiriləcək. Orada "Azərreyl" və UNEC münasibətlərinə aydınlıq gətirəcəklər. Sözügedən qarşılaşma 19:00-da başlayacaq.