Yığmamız Belarus voleybolçularını üçüncü dueldə də məğlub yola saldı

Yığmamız Belarus voleybolçularını üçüncü dueldə də məğlub yola saldı

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə sonuncu yoxlama oyununu keçirib.

mediasport.az xəbər verir ki, qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçdan sonra keçirilən əlavə setdə isə Belarus yığması qalib gəlib.

Xatırladaq ki, voleybolçularımız bu rəqiblə əvvəlki günlərdə baş tutan hər iki dueldən qalib ayrılmışdılar.