2023-cü ilin son qarşılaşmasında meydana "Neftçi" çıxacaq
Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin son matçının tarixi açıqlanıb.
Mediasport.az xəbər verir ki, “Azərreyl” və “Neftçi” komandaları arasında keçiriləcək oyun dekabrın 21-də baş tutacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 15:00-da başlanacaq.
Yüksək Liqa (kişilər). 7-ci tur
21 dekabr
15:00. “Azərreyl” - “Neftçi”
GİN-nin Voleybol Mərkəzi