"Araz-Naxçıvan" Gəncə səfərinə ciddi itkilərlər hazırlaşır
"Araz-Naxçıvan" Premyer Liqanın 5-ci turu çərçivəsində Gəncədə "Kəpəz"ə qarşı keçirəcəyi oyunda 2 futbolçusunun xidmətindən məhrum ola bilər.
Klubdan "Mediasport"a verilən məlumata görə, 4-cü turda “Sumqayıt”la görüşün (1:1) birinci hissəsində zədələnən Mohammed Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır.
Oyunçular komanda ilə məşqdə iştirak etmirlər.
Qeyd edək ki, "Kəpəz" - "Araz-Naxçıvan" matçı sentyabrın 3-də, saat 17:00-da başlanacaq.