Türkiyənin ölkəmizdəki səfiri "Qarabağ" - "Neftçi" oyununda
Premyer Liqanın 8-ci turunun "Qarabağ" - "Neftçi" oyununa maraq kifayət qədər olub. MediaSport.az xəbər verir ki, Suraxanıdakı "Azərsun Arena"da keçirilən qarşılaşmanı Azərbaycanda yaşayan bəzi məşhurlar da izləyib.
Türkiyənin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı, həmçinin uzun müddətdir xaricdə yaşayan və Azərbaycana yeni qayıtmış məşhur bəstəkar Cavanşir Quliyev meydan sahiblərinin 3:1 hesablı qələbəsinə canlı tamaşa ediblər.