"Zirə"nin 1/8 finalda rəqibi "Şamaxı" olacaq - Azərbaycan Kuboku

"Zirə"nin 1/8 finalda rəqibi "Şamaxı" olacaq - Azərbaycan Kuboku

Azərbaycan Kuboku yarışlarının 1/8 finalının daha dörd cütü müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 2-ci raundda “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edən “Mingəçevir” “Araz-Naxçıvan”a rəqib olub.

Matç Naxçıvan təmsilçisinin meydanında keçiriləcək.

“Şəmkir”i mübarizədən kənarlaşdıran (6:1) “Şamaxı” 1/8 finalda “Zirə” ilə görüşəcək. Qarşılaşma Bakı təmsilçisinin meydanında baş tutacaq.

“Karvan”a 3 cavabsız qol vuran “Qaradağ Lökbatan” “Səbail”ilə üz-üzə gələcək. Paytaxt derbisinə 1-ci Liqa təmsilçisi ev sahibliyi edəcək.

"Şəfa"nı əlavə vaxtda üstələyən "Difai Ağsu" komandasının 1/8 final rəqibi isə "Neftçi" olacaq.

Xatırladaq ki, 1/8 final matçları dekabrın 3-4-də oynanılacaq.

Mərhələnin əvvəlki matçlarından sonra 1/8 finalın daha iki cütü məlum olmuşdu: "Sumqayıt” - MOİK və “Turan Tovuz” - “Sabah”.