Bu xanım "Neftçi"nin "Beşiktaş"la oyununda ədaləti qorumağa çalışacaq
“Neftçi”nin Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Beşiktaş”la səfər oyununun hakimləri müəyyənləşib.
mediasport.az xəbər verir ki, avqustun 17-də Türkiyədə baş tutacaq qarşılaşmanı Avstriyadan olan hakimlər idarə edəcəklər.
İstanbulda gerçəkləşəcək matçda Yulian Vaynberger baş hakim olacaq. Ona Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Görüşün ehtiyat hakimi Ştefan Ebner olacaq.
Qeyd edək ki, “Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bu komandalar arasında ilk görüş isə ayın 10-da “Neftçi Arena”da keçiriləcək.