1-ci Liqada 4-cü tura start verilir

1-ci Liqada 4-cü tura start verilir

Bu gün futbol üzrə Azərbaycan 1-ci Liqasında 4-cü tura start veriləcək.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 1 qarşılaşma keçiriləcək.

Digər görüşlər 3-4 oktyabrda baş tutacaq.

Bütün qarşılaşmalar Peşəkar Futbol Liqasının (PFL) "I/II Liqa" "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan 1-ci Liqası. 4-cü tur

2 oktyabr (çərşənbə)

13:30 "Cəbrayıl" - "Qaradağ Lökbatan"

Hakimlər: Şamil İmanzadə, Rəhman Aslanov, Asif Abdullayev, Nazim Abdullayev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Namiq Əliyev.

"ASCO Arena"