Mahir 75 dəqiqə meydanda oldu, "Nürnberq" qələbəni əldən verdi

Mahir 75 dəqiqə meydanda oldu, "Nürnberq" qələbəni əldən verdi

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbətini oyununu keçirib.

Mediasport.az xəbər verir ki, 27 yaşlı hücumçunun formasını geyindiyi "Nürnberq" "Fortuna"nı qəbul edib.

Mahirin 75 dəqiqə meydanda olduğu matç bərabərliklə yekunlaşıb - 2:2.

"Nürnberq" qələbə hesabını son dəqiqədə əldən verib.

Alman futbolunun əfsanəsi Miroslav Klozenin baş məşqçisi olduğu komanda 19 xalla 12-ci pillədə qərarlaşıb.