Azərbaycan 1-ci Liqasında VAR sistemindən istifadə ediləcək

Azərbaycan 1-ci Liqasında VAR sistemindən istifadə ediləcək

Azərbaycan 1-ci Liqasının 26-cı turu çərçivəsində keçiriləcək “Qaradağ Lökbatan” - “Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunacaq.

Mediasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Çempionluq yolunda böyük əhəmiyyət kəsb edən qarşılaşma mayın 16-da, saat 17:00-da başlanacaq.

Sona iki tur qalmış “Qaradağ Lökbatan” 53 xalla liderdir.

Rəqibindən iki xal az toplayan bölgə təmsilçisi ikinci pillədə qərarlaşıb.