10 karateçimiz Yunanıstanda

10 karateçimiz Yunanıstanda

Azərbaycan karateçiləri yanvarın 13-15-də Yunanıstanın paytaxtı Afinada Seriya A turnirinə qatılacaqlar.

mediasport.az xəbər verir ki, yarışda ölkəmizi 10 idmançı təmsil edəcək.

Kişilərin mübarizəsində Ramil Baxşəliyev (60 kq), Firdovsi Fərzəliyev (67 kq), Ayxan Mamayev, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq), Tural Ələkbərli və Samir İbrahimov (hər ikisi 75 kq), qadınların yarışında isə Fidan Teymurova (50 kq), Renata Ərəbli, Suada Kərimova və Ayla Rzazadə (hamısı 61 kq) güclərini sınayacaqlar.

Turnirdə 73 ölkədən karateçilər mübarizə aparacaqlar.