Baş katib Sayadov oldu

Baş katib Sayadov oldu

Azərbaycan Milli Karate Federasiyasının yeni baş katibi müəyyənləşib.

mediasport.az xəbər verir ki, Qabil Sayadov bu postda ötən il noyabrında vəzifəyə təyin edilmiş Camal Murtuzəliyevi əvəz edəcək.

Sayadov WFKU-nun (World Full Contact Karate Union) Azərbaycanda rəsmi nümayəndəsi, Avropa Kyokuşin Karate Təşkilatının kata və kumite üzrə A kateqoriyalı referisidir.

Beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustası, Azərbaycan Full Kontakt və Kyokuşin Karate Federasiyasının Hakimlər Komitəsinin sədri və baş hakimi Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun məşqçi müəllimi olub. Xətai İdman Mərkəzi və Araz-Zəngilan Peşəkar İdman Klubunun təsisiçisi və rəhbəridir.