Renata Ərəblidən bürünc medal
İtaliyanın Jesolo şəhərində karate üzrə XXX "Venice Cup" turniri keçirilib.
mediasport.az xəbər verir ki, böyüklərin mübarizəsində yığmamızın üzvü Renata Ərəbli uğurla çıxışı ilə yadda qalıb.
-61 kq çəkidə yarışan idmançımız müvafiq olaraq İtaliya (9:0), Ukrayna (7:2), İngiltərə (3:1) və İsveçrə idmançılarına qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə ukraynalı rəqibinə 2:4 hsabı ilə uduzsa da, bürünc medal uğrunda döyüşdə italiyalı rəqibindən üstün olmaqla medal şansını qaçırmayıb.
Yarışda 42 ölkədən 1011 karateçi və para-karateçi iştirak edib.
"Karate1 Youth League" turnirinin U14 yaş qrupunun görüşləri isə bu gün başlanılıb. Hüseyn Sadiqov (-40 kq), Əfqan Tarverdi (-45 kq) və Nicat Məmmədmirzəyev (kata), 14-15 yaşlı yeniyetmələr arasında Rəsul Qasımov, Fərid Məmmədov və Nicat Məmmədəliyev (hər ikisi -52 kq), Nəsimi Musayev, Nihat Cabbarov və Rəvan Abasov (üçü də-57 kq), Adil Mahmudov (70+ kq), həmçinin Səbinə Fərzəli və Sunay Kazımlı (hər ikisi -54 kq), Nəzrin Piriyeva isə (54+ kq) çəki dərəcəsində çıxış edəcək.
16-17 yaşlı gənclərdə İlham Əkbərov, Amin Yadigarlı və Zakir Hüseynov (üçü də -55 kq), Nihat Kazımzadə (-76 kq), qızlardan isə Oksana Nakoneçna (-59 kq) mübarizə aparacaq.
İdmançıları 16-17 yaşlı gənclərin böyük məşqçisi, əməkdar məşqçi Seymur Xudaverdiyev müşayiət edir. Beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev hər iki turnirin referiləri arasında yer alıb. Nüfuzlu yarışda 58 ölkədən 2660 idmançı iştirak edəcək.