Gənc və yeniyetmə karateçilərimiz Gürcüstanda uğurlu çıxış ediblər

Gənc və yeniyetmə karateçilərimiz Gürcüstanda uğurlu çıxış ediblər

Azərbaycanın gənc və yeniyetmə karateçiləri Gürcüstanda keçirilmiş Avropa birinciliyində 8 medal qazanıblar.

Mediasport.az xəbər verir ki, milli komanda qitəmiqyaslı yarışı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

55 və 61 kiloqram çəki dərəcələrində, müvafiq olaraq, Fərid Hacızadə və Aslan Dostuyev birinci olublar. Cahangir Qayıbov (70 kiloqram) və Osman Osmanlı (+84 kiloqram) gümüş mükafatlara yiyələniblər.

Vüsal Qəmbərov (52 kiloqram), Rəvan Abbasov (57 kiloqram), Ələddin Məlikov (63 kiloqram) və Hüseyn Məmmədli (67 kiloqram) "bürünc" qazanıblar.

Nəticədə, Azərbaycan millisi komanda hesabında 49 ölkə arasında 7-ci olub.

Avropa birinciliyində görüşləri idarə edən 2 hakim - Vüsal İsrafilov və Mais Mədətovun kateqoriyaları artırılıb.

Avropa birinciliyində 49 ölkədən ümumilikdə 1166 karateçi mübarizə aparıb.