10 ölkə olimpiadanı keçirmək üçün BOK-a RƏSMİ müraciət edib
2036-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin sayı açıqlanıb.
mediasport.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) baş direktoru Kristof de Kepper Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyasının iclasında verib.
Olimpiadanı keçirmək üçün 10 ölkə müraciət edib. De Kepper hələlik həmin layihələrin ilkin mərhələdə olduğunu diqqətə çatdırıb.
Qarşıdakı olimpiadalar müvafiq olaraq, 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.