3 azərbaycanlı güləşçi dünya çempionatının finalına çıxıb!

 3 azərbaycanlı güləşçi dünya çempionatının finalına çıxıb!

Serbiyada keçirilən dünya çempionatında yarımfinala çıxmış hər üç güləşçimiz mərhələni də uğurla dəf edərək adını finala yazdırıb. Erməni güləşçini 5:0 hesabı ilə üstələyən Sənan Süleymanov, həmçinin, olimpiya oyunlarına lisenziyanı təmin edib.

-----------------------------------------------------------------------------------------------------------------------

Azərbaycanın 3 yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, ilk yarış günündə 4 təmsilçimiz döşək üzərinə çıxıb.

Onlardan yalnız 130 kq-da güləşən Beka Kandeliaki ümidləri doğrultmayıb.

55 kq çəki dərəcəsində Eldəniz Əzizli, 77 kq-da Sənan Süleymanov və 82 kq-da Rafiq Hüseynov bütün qarşılaşmalarda yüksək əzmkarlıq və xarakter göstərərək 1/2 finala yüksəlib.

Vurğulayaq ki, burada yalnız 77 kq çəki dərəcəsi olimpiadaya lisenziya verir.

Yarımfinal görüşləri saat 18:45-dən etibarən İTV-də canlı yayımlanacaq.

Daha əvvəl 16 nəfərlik sərbəst və qadın güləşçisi komandamız ümumilikdə 2 medal, 1 lisenziya qazanıb.

97 kq-da Maqomedxan Maqomedov dünya ikincisi olmaqla, Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. Lisenziya çəkisi olmayan 92 kq-da isə Osman Nurmaqomedov gümüş medala layiq görülüb.


Eldəniz Əzizli

Sənan Süleymanov