Səbirə Abdullayeva Gender Bərabərliyi Komitəsinə üzv seçilib
Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva ölkəmizi Avropada təmsil edəcək.
Mediasport.az xəbər verir ki, o, Avropa Tennis Assosiasiyanın Gender Bərabərliyi Komitəsinə üzv seçilib.
Səbinə Abdullayeva 2024-2028-ci illərdə komitənin fəaliyyətində iştirak edəcək.
Qeyd edək ki, bu, Azərbaycan tennisi tarixində ilk hadisədir.