111 yaşlı klub 3 illik fasilədən sonra elitaya vəsiqə qazandı
İtaliyanın köklü klublarından "Parma"nın yeni mövsümdən A Seriyasında çıxış edəcəyi dəqiqləşib.
Mediasport.az xəbər verir ki, 111 illik tarixi olan kollektiv B seriyasının 36-cı turunda səfərdə "Bari" ilə heç-heçə (1:1) edərək elitaya qayıdışını rəsmiləşdirib.
3 ildir ikinci liqada yarışan Fabio Peççianın komandası sona 2 tur qalmış liderdir və ən yaxın izləyicisi "Komo"dan 3 xal öndədir.