Argentina ilə dünya çempionu olan vinger futboldan uzaqlaşdırılıb
2022-ci ildə Argentina ilə dünya çempionu olmuş İtaliyanın "Monsa" klubunun vingeri Papu Qomes iki il müddətinə futboldan diskvalifikasiya edilib.
Mediasport.az xəbər verir ki, 35 yaşlı futbolçunun dopinq testi müsbət çıxıb.
Cənubi amerikalının qadağan olunmuş preparatlar qəbul edtiyi təsdiqlənib.
Maraqlıdır ki, Papu bu dərmanları 2022-ci ilin noyabrında №Sevilya"da oynayarkən - Qətərdəki dünya çempionatının başlanmasına bir neçə gün qalmış qəbul edib.
Qomes cari mövsüm "Montsa"nın heyətində 2 oyuna çıxıb.