AFFA-nın şöbə müdiri "Fiorentina"nın oyununda iş başında olacaq

AFFA-nın şöbə müdiri "Fiorentina"nın oyununda iş başında olacaq

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.

mediasport.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin VI turun Latviyada keçiriləcək RFS (Latviya) - “Fiorentina” (İtaliya) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.

Qarşılaşma noyabrın 3-də oynanılacaq.