13 cüdoçumuz yarışdı, yalnız 2 idmançımız medal qazandı
Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci günündə Azərbaycanın daha 12 idmançısı tatami üzərinə çıxıb.
mediasport.az xəbər verir ki, cüdoçularımızdan daha 2-si medal qazanıb. Hələlik yığmamızın medal sayı 5 olub.
-73 kq-da mübarizə aparan Hidayət Heydərov həlledici görüşdə kanadalı Artur Margelidonu ipponla məğlub edərək turnirin əsas mükafatına sahib çıxıbsa, -81 kq-da yarışan Səid Mollayi finalda belçikalı Mattias Kassedən üstün olub.
Yarışın 1-ci günündə çıxış edən 13 cüdoçumuzdan 60 kq-da Balabəy Ağayev qızıl, eyni çəkidəki digər təmsilçimiz Kəramət Hüseynov bürünc, 66 kq-da mübarizə aparan Orxan Səfərov 3-cü yeri tutub.