Nazir Avropa çempionu oldu, Könül yalnız finalda uduzdu

Nazir Avropa çempionu oldu, Könül yalnız finalda uduzdu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 23 yaşa qədər kişi və qadın cüdoçuların Avropa çempionatının ilk günündə idmançılarımız 1 qızıl və 2 gümüş medal əldə edib.

mediasport.az 60 kq. çəki dərəcəsində final görüşündə iki Azərbaycan cüdoçusu - Kənan İsmayılovla Nazir Talıbov qarşılaşıb.

Nazir Talıbov qalib gələrək qitə birinciliyinin qızıl medalının qazanıb. Qadınların mübarizəsində isə 48 kq. çəkidə yarışan Könül Əliyeva yalnız finalda uduzaraq gümüş medalı təmin edib.