İlham Zəkiyev dünya ikincisi oldu

İlham Zəkiyev dünya ikincisi oldu

Bakıda keçirilən Para-cüdo üzrə Dünya çempionatında Azərbaycan növbəti medalını qazanıb.

 

mediasport.az xəbər verir ki, kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan idmançımız İlham Zəkiyev Dünya Çempionatının gümüş medalına sahib olub.

Zəkiyev finalda braziliyalı rəqibi A.Villiyama məğlub olub. Bununla millimizin Dünya çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc)