Hidayət Heydərov ardıcıl ikinci dəfə Avropa çempionu adını qazanıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici dueldə ispaniyalı Salvador Kases Rokadı üstün olub.
Beləliklə, Heydərov ardıcıl ikinci dəfə Avropa çempionu olub.
O, 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medal əldə edib.
Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu dünən, 2 təmsilçisi isə bu gün uğursuz çıxış edib.