2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür!

2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür!

İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) yaradılmasının 100 illiyi tamam olur.

Mediasport.az xəbər verir ki, 1924-cü il iyulun 2-də beynəlxalq idman mətbuatı nümayəndələrinin Parisdə keçirilmiş konqresində AİPS-in yaradılması barədə qərar qəbul edilib.

Qurumun təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il iyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.

AİPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar keçirir.

Qurum hər il idman sahəsində ən yaxşı KİV nümayəndələrini, idman adamlarını mükafatlandırır.

Hazırda dünyanın 130 ölkəsi AİPS-də təmsil olunur.