21 yaşlı futbolçunun qolu sındı - Stadionda qorxulu anlar yaşandı
Futbol üzrə Azərbaycan 2-ci Liqasının 13-cü turu çərçivəsində keçirilən "Şəmkir" - "Lerik" oyununda qorxulu anlar yaşanıb.
Mediasport.az xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində keçirlən qarşılaşmada meydan sahiblərinin yarımmüdafiəçisi Ümid Nağdalıyevin qolu sınıb.
Hadisə matçın 40-cı dəqiqəsində qeyd alınıb.
Rəqiblə mübarizə zamanı yerə yıxılan 21 yaşlı futbolçu meydandan təcili yardım avtomobili ilə çıxarılıb.
Hazırda davam edən görüşdə şəmkirlilər hesabda öndədirlər - 4:1.