FİFA 2024-cü ilin ən yaxşılarını müəyyənləşdirdi - FOTOLAR
“The Best FIFA Football Awards” mükafatlarının qalibləri müəyyənləşdirilib.
Mediasport.az xəbər verir ki, 2024-cü ilin ən yaxşı futbolçusu Braziliya millisi və Madrid "Real"ının üzvü Vinisius Junior seçilib.
O, ən yaxın izləyicisi ispaniyalı Rodrini 5 xal qabaqlayıb.
Ən yaxşı qapıçı nominasiyasında Emiliano Martines ("Aston Villa", Argentina) birinci yeri tutub.
Ən yaxşı kişi baş məşqçi adına "Real"ı çalışdıran Karlo Ançelotti, ən yaxşı qadın baş məşqçi ABŞ yığmasının ingiltərəli çalışdırıcısı Emma Hayes layiq görülüb.
İlin ən yaxşı qadın futbolçusu İspaniya millisi və "Barselona"dan Aytana Bonmati olub.
FİFA-nın səsverməsi
Vinisius Junior (“Real”) - 48 xal;
Rodri ("Mançester Siti") - 43 xal;
Cud Bellingem (“Real”) - 37 xal;
Daniel Karvahal (“Real”) - 31 xal;
Lamin Yamal ("Barselona") - 30 xal;
Lionel Messi (“İnter Mayami”) – 25 xal;
Toni Kroos (“Real”) - 18 xal;
Erlinq Haaland ("Mançester Siti") - 18 xal;
Kilian Mbappe (PSJ/“Real”) – 14 xal;
Florian Virts ("Bayer") - 8 xal;
Federiko Valverde (“Real”) – 4 xal.
İlin rəmzi yığması
Qapıçı: Emiliano Martines ("Aston Villa", Argentina);
Müdafiəçilər: Dani Karvahal ("Real Madrid", İspaniya), Ruben Diaş ("Mançester Siti", Portuqaliya), Vilyam Saliba ("Arsenal", Fransa), Antonio Rudiger ("Real Madrid", Almaniya);
Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti", İspaniya), Toni Kroos ( karyerasını bitirib, Almaniya), Cud Bellinqem ("Real Madrid", İngiltərə);
Hücumçular: Lamin Yamal ("Barselona", İspaniya), Erlinq Haland ("Mançester Siti", Norveç), Vinisius Junior ("Real Madrid", Braziliya).