2024-cü ildə ən çox oynayanlar açıqlandı: Renato, Toral və Amin...
Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) rəsmi saytı 2024-cü ildə Azərbaycanda çıxış edən futbolçular arasında Premyer Liqa və avrokboklarda birlikdə ən çox meydanda olanların siyahısını açıqlayıb.
Mediasport.az xəbər verir ki, birinci yerdə "Zirə"nin müdafiəçisi Ruan Renato qərarlaşıb.
Braziliyalı legioner 47 oyunda ümumilikdə 4222 dəqiqə meydanda olub. "Sambaçı" 81.5 faiz çempionat, 18.5 faiz avrokubok görüşlərində iştirak edib.
İkinci pillədə "Sabah"ın formasını geyinən Azərbaycan yığmasının üzvü Amin Seydiyev yer alıb. Cinah müdafiəçisi 45 qarşılaşmada 3799 dəqiqə keçirib. Bunların 83.5 faizi Premyer Liqa, 10,3 faizi avrokubok, 6.2 faizi milli komandaya təsadüf edib.
İlk "3-lüy"ü Azərbaycan millisinin digər üzvü Toral Bayramov qapayır. "Qarabağ"ın futbolçusu 60 oyunda 3728 dəqiqə meydanda olub. O, 58.2 faiz çempionat, 20.9 faiz avrokubok, 20.9 faiz yığma matçlarının iştirakçısıdır.
Qeyd edək ki, siyahı tərtib olunarkən dekabrın 15-dək olan qarşılaşmalar nəzərə alınıb, klublarkı görüşlərlə yanaşı, millilərdəki (əsas, U-23 və U-21) matçlara da diqqət yetirilib.
2024-cü ildə Azərbaycan Premyer Liqasında ən çox oyun şansı qazanan futbolçular
1. Ruan Renato ("Zirə") - 4222 dəqiqə
2. Amin Seydiyev ("Sabah" - 3799 dəqiqə
3. Toral Bayramov ("Qarabağ") - 3728 dəqiqə
4. Elvin Cəfərquliyev ("Qarabağ") - 3684 dəqiqə
5. Qismət Alıyev ("Zirə") - 3654 dəqiqə
6. Bəhlul Mustafazadə ("Qarabağ") - 3579 dəqiqə
7. Ange Mutsinzi ("Zirə") - 3435 dəqiqə
8. Cessi Sekidika ("Sabah") - 3414 dəqiqə
9. Juninyo ("Qarabağ") - 3371 dəqiqə
10. Bədavi Hüseynov ("Qarabağ") - 3371 dəqiqə