Azərbaycan üzgüçüsü 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazandı
Azərbaycan üzgüçüsü Yeqor Maynitski Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə keçirilən beynəlxalq yarışda 7 medal qazanıb.
Mediasport.az xəbər verir ki, idmançı öz yaşıdları arasında yarışın ən yaxşısı seçilib.
14 yaşlı üzgüçü turnirdə 50, 100 və 200 metr məsafələrə brass üsulunda üzməkdə bütün rəqiblərini üstələyib.
Maynitski 200 metr məsafəyə qarışıq üsulda da finişə hamıdan birinci çatıb.
O, 400 metr məsafəyə qarışıq və 50 metr məsafəyə sərbəst üsulda ikinci olub.
İdmançımız kəpənək üsulunda 50 metr məsafə üzrə üçüncü yeri tutub.
Təmsilçimiz, beləliklə, ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.