AVRO-2024: Serbiya yığmasının yekun heyəti müəyyənləşib
Futbol üzrə Serbiya millisinin Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti müəyyənləşib.
Mediasport.az xəbər verir ki, baş məşqçi Draqan Stoykoviç qitə birinciliyinə 26 futbolçu ilə yollanacaq.
Serblər C qrupunda İngiltərə, Danimarka və Sloveniya milliləri ilə mübarizə aparacaqlar.
AÇ iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
Qapıçılar: Vanya Milinkoviç-Saviç ("Torino", İtaliya), Predraq Raykoviç ("Malyorka", İspaniya), Corce Petroviç ("Çelsi", İngiltərə);
Müdafiəçilər: Straxinya Pavloviç ("Zalsburq", Avstriya), Nikola Milenkoviç ("Fiorentina", İtaliya), Milo Velkoviç ("Verder", Almaniya), Sircan Babiç ("Spartak" M., Rusiya), Uroş Spayiç ("Srvena Zvezda"), Nemanya Stoyiç ("Baçka Topola");
Yarımmüdafiəçilər: Saşa Lukiç (“Fulhem”, İngiltərə), Nemanya Qudel (“Sevilya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), İvan İliç (“Torino”, İtaliya), Sircan Mixayloviç (“Srvena Zvezda”), Serqey Milinkoviç-Saviç (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Duşan Tadiç ("Fənərbağa", Türkiyə), Lazar Samarciç ("Udineze", İtaliya), Velko Birmançeviç ("Sparta", Çexiya), Filip Kostiç ("Yuventus", İtaliya), Filip Mladenoviç ("Panatinaikos", Yunanıstan), Andriya Jivkoviç (PAOK, Yunanıstan), Miyat Qacinoviç (AEK, Yunanıstan);
Hücumçular: Aleksandr Mitroviç ("Əl-Hilal", Səudiyyə Ərəbistanı), Duşan Vlahoviç ("Yuventus", İtaliya), Luka Yoviç ("Milan", İtaliya), Petr Ratkov ("Zalsburq", Avstriya).