Bu il dünyada beynəlxalq yarışlarda ən çox qol vuranlar məlumdur
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ildə keçirilən oyunlarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Mediasport.az xəbər verir ki, 14 bombardirin yer aldığı siyahıya milli komanda və qitə kuboklarında ən azı 6 qol vuran oyunçuların adları salınıb.
Sıralamaya Qətər millisi və "Əl-Sədd"in hücumçusu Əkrəm Afif başçılıq edir. 27 yaşlı vingerin hesabında 11 qol var. O, bütün qollarını yığmada vurub.
"Olimpiakos"un mərakeşli forvardı Əyyub El Kaabi də 11 qol müəllifidir, lakin bunu klubda etdiyi üçün ikinci pillədə qərarlaşıb.
"Üçlüy"ü "Atalanta"dan Ademola Lukman qapayır. Nigeriya millisinin heyətində 4 dəfə fərqlənən hücumçu Berqamo klubunda 5 qola sevinib.