Xorvatiyalı modeli Bakıya gətirmək üçün külli miqdarda pul ödədilər

Xorvatiyalı modeli Bakıya gətirmək üçün külli miqdarda pul ödədilər

2022-ci ildə Qətərdə keçirilmiş futbol üzrə Dünya çempionatında məşhurlaşmış 2016-cı ilin Xorvatiya gözəli İvana Knoll Azərbaycana reklam əməkdaşlığı çərçivəsində gəlib.

mediasport.az xəbər verir ki, modelin ölkəmizə səfəri Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əməkdaşlıq etdiyi şirkətlərdən birinin dəvətilə baş tutub.

İvana Bakıya səfəri qarşılığında 50 min avro qazanc əldə edəcək. O, yarışlardan əlavə, rəsmi və qeyri-rəsmi tədbirlərdə də iştirak edəcək. Knollun Bakıya gətirilməsində əsas məqsəd tamaşaçıların aktivliyinin artırılması və Qran-Priyə olan marağın çoxalmasına hesablanıb (aut.az).