Azərbaycan və Türkiyənin amputant futbolçuları Bakıda qarşılaşacaqlar

Azərbaycan və Türkiyənin amputant futbolçuları Bakıda qarşılaşacaqlar

İyunun 3-də Bakıda Azərbaycan və Türkiyənin amputant futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcək.

mediasport.az xəbər verir ki, qarşılaşma Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə baş tutacaq.

"ASK Arena"da oynanılacaq dostluq matçı saat 17:00-da başlanacaq.

Qeyd edək ki, Türkiyə millisi amputant futbolda ikiqat Avropa çempionudur (2017, 2021). 2007-ci ildə Antalyada təşkil olunmuş Dünya çempionatında bürünc medal qazanıblar, 2022-ci ildə İstanbulda isə Dünya Kubokunun qalibi olublar.

Oyuna giriş pulsuzdur.