İranın bu komandasının bütün üzvləri hicabdan imtina etdi - FOTO

İranın bu komandasının bütün üzvləri hicabdan imtina etdi - FOTO

İranda qadın basketbol komandasının bütün heyəti cəsarətli addımı ilə diqqət çəkib.

mediasport.az xəbər verir ki, "Canco" klubunun məşqçilər korpusu komanda üzvləri ilə birlikdə hicabsız şəkil çəkdirib.

Şəkli sosial şəbəkə hesabında paylaşan baş məşqçi Fərzanə Cəmami gender anlayışının yalan olduğunu qeyd edib: “Qızınıza gender rolu anlayışının cəfəngiyyat olduğunu izah edin. Onlara dəyərli və əvəzolunmaz olduqlarını öyrədin. Əgər sizə əksini deyirlərsə, inanmayın. Onlara deyin ki, özlərini gizlənməsinlər. Ayağa qalxın, müqavimət göstərin və nə əldə etdiyinizi göstərin! Onlara deyin ki, siz güclü və bacarıqlısınız, siz  Qadın, Həyat, Azadlıqsınız”.

İran İslam Respublikasında qadınlara hicab məcburidir. Əks halda qanunla müəyyən olunmuş qaydada edam hökmünə qədər müxtəlif cəza tədbirləri görülür. Sentyabrda 22 yaşlı Məhsa Əmini məhz hicabı doğru taxmadığı üçün İranın əxlaq polisi tərəfindən saxlanılmış, sonradan təcavüz nəticəsində öldürülmüşdü.