UEFA, "Real" və "Barselona" zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verdilər

UEFA, "Real" və "Barselona" zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verdilər

UEFA və Avropanın aparıcı klubları Türkiyə və Suriyada baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş dəhşətli zəlzələyə biganə qalmayıb.

mediasport.az xəbər verir ki, Avropa futbol təşkilatı qardaş ölkəyə başsağlığı məktubu göndərib.

Qurum dünyasını dəyişənlərə rəhmət, yaralılara tezliklə şəfa tapmasını arzulayıb. Dünya nəhəngləri - "Barselona" və "Real" (Madrid) da sosial şəbəkə hesabları vasitəsilə Türkiyə və Suriyada dəhşətli hadisə nəticəsində həlak olanlara başsağlığı statusu paylaşıb.