Ağayev cari mövsüm 3-cü dəfə avrokubok oyununa təyinat aldı
Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev bu il ilk avrokubok təyinatını alıb.
Mediasport.az xəbər verir ki, o, CEV kubokunun pley-off mərhələsi çərçivəsində qadınlar arasında "Türk Hava Yolları" və Belçikanın "Asteriks" klublarının görüşündə iş başında olacaq.
Komandaların cavab oyunu yanvarın 23-də İstanbulda baş tutacaq. Qarşılaşmanın digər hakimi Aqneş Batkai-Katona (Macarıstan) olacaq.
Ağayev bununla da mövsümdə 3-cü avrokubok görüşünə çıxacaq.