Maradonanın DÇ-də qazandığı "Qızıl top" hərraca çıxarılır

Maradonanın DÇ-də qazandığı "Qızıl top" hərraca çıxarılır

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Armando Maradonanın 1986-cı il dünya çempionatında qazandığı "Qızıl top" hərraca çıxarılacaq.

Mediasport.az xəbər verir ki, açıq satış iyunun 6-sı Fransada baş tutacaq.

Xatırladaq ki, əfsanəvi futbolçunun DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu top 2022-ci ildə hərracda 2 milyon funt sterlinqə satılıb.

Həmin il argentinalı fenomenin o görüşdə geyindiyi forma isə 9,28 milyon funta alınıb.

Dieqo Maradona 2020-ci ildə 60 yaşında vəfat edib.