26 qat dünya çempionumuz qitə birinciliyinin finalına çıxdı

26 qat dünya çempionumuz qitə birinciliyinin finalına çıxdı

Türkiyənin Antalya şəhərində kikboksinq üzrə böyüklərin Avropa çempionatında 2-ci gün yekunlaşıb.

mediasport.az xəbər verir ki, Eduard Məmmədov kikboksinqin 2 kateqoriyası üzrə finala çıxıb.

63 kq çəki dərəcəsində mübarizə aparan idmançımız “Light contact”da Çətin Korkmaz (Türkiyə) və Vladimir Dudinskiyə (Slovakiya) qalib gəlib. Məmmədov “Kick light”də də Vladimir Dudinskini məğlub edərək finala vəsiqə qazanıb.