39 yaşlı yarımmüdafiəçi yenidən "Beşiktaş"da çıxış edəcək

39 yaşlı yarımmüdafiəçi yenidən "Beşiktaş"da çıxış edəcək

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, Şenol Günəşin komandası 39 yaşlı yarımmüdafiəçi Gökhan İnleri transfer edib.

"Qara qartallar" yarımmüdafiəçi ilə cari mövsümünün sonunadək müqavilə bağlayıblar.

İsveçrə millisinin keçmiş üzvü 2016/2017-ci illər mövsümündə də İstanbul klubunda oynayıb.

İnlerin son klubu "Adana Dəmirspor" olub.