Leo Messi və Ronaldo "Qızıl top"a namizədlərin siyahısına düşmədi

Leo Messi və Ronaldo "Qızıl top"a namizədlərin siyahısına düşmədi

“France Football” nəşri ənənəvi olaraq “Qızıl top”u qazanmağa namizəd 30 futbolçudan ibarət siyahını dərc edib.

Mediasport.az xəbər verir ki, 2003-cü ildən bəri ilk dəfə dünya ulduzları Kristiano Ronaldo və Lionel Messi namizədlər arasında yer almayıb.

Mükafat 2023/2024-cü illər mövsümünün yekunlarına əsasən dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq.

Namizədlər bunlardır:

Cud Bellingem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real" Madrid), Ruben Diaş, Erlinq Haaland, Filip Foden, Rodri (hamısı “Mançester Siti”), Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik” Bilbao), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer"), Artyom Dovbik (“Jirona”/”Roma”), Mats Hummels (“Borussiya” D./”Roma”), Dani Olmo (“Leypsiq”/”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Kol Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Uilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lukman (“Atalanta”).

Qalib adına iddiaçıların yekun siyahısı bugünlərdə açıqlanacaq.

Mükafatın sahibi oktyabrın 28-də müəyyənləşəcək.