Qətərdə keçirilən 18-ci Asiya Kubokunun qalibi müəyyənləşib
Qətərdə keçirilən futbol üzrə 18-ci Asiya Kubokunun qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, tarixində ilk dəfə finala çıxan İordaniya milli komandası meydan sahibləri ilə bacarmayıblar.
3:1 hesablı qələbə qazanan Qətər yığması ardıcıl ikinci dəfə Asiya Kubokunu başı üzərinə qaldırıb.
Qətər futbolçuları ilk dəfə 2019-cu ildə də BƏƏ-də Asiya çempionu olublar.
Yarış 1972-ci ildən keçirilir. Növbəti turnirə 2027-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.