Argentina yığması 48-ci Amerika Kubokunu 16-cı dəfə qazandı
ABŞ-da keçirilən futbol üzrə sayca 48-ci Amerika Kubokuna yekun vurulub.
Mediasport.az xəbər verir ki, Argentina milli komandası finalın əlavə vaxtında Kolumbiyadan güclü olub.
Lionel Skaloninin rəhbərlik etdiyi son dünya çempionları ardıcıl ikinci, ümumilikdə 16-cı dəfə "Kopa Amerika"nın qalibi olublar.
Xatırladaq ki, bir gün əvvəl 3-cü yer uğrunda matçda Kanada yığmasına penaltilər seriyasında qalib gələn Uruqvay seçməsi bürünc medalları qazanıb.
Amerika kuboku. Final
Argentina - Kolumbiya 1:0
Qol: Lautaro Martines, 112.
3-cü yer uğrunda
Kanada - Uruqvay 2:2 (pen., 3:4)