4 dəfə dünya çempionu olmuş əfsanəvi braziliyalı vəfat edib
Futbol əfsanələrindən 4-qat dünya çempionu Mario Zaqallo vəfat edib.
Mediasport.az xəbər verir ki, Braziliya milli komandasının keçmiş futbolçusu və baş məşqçisi 92 yaşında dünyasını dəyişib.
Zaqallo "sambaçılar"la 1958 və 1962-ci illərdə futbolçu, 1970 və 1994-cü ildə isə baş məşqçi kimi mundialın qızıl medallarını qazanıb.