"Neftçi"li Ataa Caberin millisi üçün Asiya Kuboku erkən başa çatıb
Asiya Kuboku turnirində 1/8 final mərhələsinin oyunları davam edir.
Mediasport.az xəbər verir ki, Avstraliya və Tacikistandan sonra 1/4 finalın bir iştirakçısının da adı müəyyənləşib.
Turnirin sürpriz komandalarından İraq İordaniyaya uduzub (2:3).
Qətər "Neftçi"nin futbolçusu Ataa Caberin də çıxış etdiyi Fələstini 2:1 hesabı ilə məğlub edib. Caber zədəli olduğu üçün bu matçda da iştirak etməyib.
Bu gün növbəti mərhələyə vəsiqə qazanacaq daha 2 milli komandanın adına aydınlıq gələcək.
B qrupunun ikincisi Özbəkistan F qrupunu ikinci sırada tamamlayan Tailandla qarşılaşacaq.
Tailandla eyni qrupda mübarizə aparan Səudiyyə Ərəbistanı E qrupunun ikincisi Cənubi Koreya ilə üz-üzə gələcək.
Asiya Kuboku
15:30 Özbəkistan - Tailand
20:00 Səudiyyə Ərəbistanı - Cənubi Koreya