"Qarabağ"ın rəqibindən "Mançester Siti"nin yetirməsilə 5 illik müqavilə
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Almaniyanın "Bayer" klubu Ceremi Frimponqla yeni müqavilə bağlayıb.
Mediasport.az xəbər verir ki, Leverkuzen təmsilçisinin 22 yaşlı cinah futbolçusu ilə yeni anlaşması 5 illik nəzərdə tutulub.
"Əczaçılar"ın heyətində 2021-ci ildən çıxış edən Niderlandın gənclər yığmasının üzvü İngiltərə nəhəngi "Mançester Siti"nin yetirməsidir.
Almaniyaya Şotlandiyanın "Seltik" klubundan gəlmiş Frimponq "Bayer"in heyətində 75 oyuna 10 qol vurub.
Qeyd edək ki, “Qarabağ”ın Bundesliqa təmsilçisi ilə ilk görüşü oktyabrın 26-da Leverkuzendə baş tutacaq. İkinci matç isə noyabrın 9-da Bakıda olacaq.