"Qarabağ"ın "Qalatasaray", "Benfika", "Yanq Boys" kimi klublarla oynamağa gücü çatar"

"Qarabağ"ın "Qalatasaray", "Benfika", "Yanq Boys" kimi klublarla oynamağa gücü çatar"

"Tarixi qələbə münasibəti ilə azarkeşləri təbrik edirəm. Oyun asan olmadı. Marko Veşoviçin qırmızı vərəqə almasından sonra futbolçular çox əziyyət çəkdilər. "Hekken" "Qarabağ"ı üstələməyi bacarmışdı. Amma buna rəğmən, qələbə qazana bildik. Məncə, bu əziyyəti çəkməyə dəyərdi. Oyunçulara təşəkkür düşür".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov deyib.

Futbol mütəxəssisi UEFA Avropa Liqasının qrup mərhələsinin son turunun "Hekken"lə (2:1) matçı barədə və qazanılan uğur barədə təəssüratlarını bölüşüb. O, təmsilçimizin pley-offda qarşılaşa biləcəyi rəqiblər haqda danışıb:

"Püşklə bağlı təxmin etmək mümkün deyil. Çempionlar Liqasından gələn səkkiz komandadan hər biri düşə bilər. Mənə elə gəlir ki, "Qarabağ"ın "Qalatasaray", "Benfika" və Yanq Boys" kimi komandalarla oynamağa gücü çatar".

Aslan Kərimov digər klublarımızın avrokuboklarda uğursuz çıxış etmələrinə belə münasibət bildirib:

"Burada bir neçə səbəb var. "Qarabağ"ın uğurlarının səbəbi baş məşqçinin uzun müddət postunda qalmasıdır. Nə Neftçi"də, nə də digər komandalarımızda baş məşqçi bu qədər uzun müddət qalıb. Bir az uğursuzluq olan kimi müqaviləni ləğv ediblər".

Mütəxəssis uğurlarda edilən transferlərin ciddi rol oynadığını bildirib:

"Transfer siyasəti əhəmiyyətli yer tutur. "Qarabağ"ın aldığı oyunçulara baxsaq, başqa klublarımızın heç biri Ağdam təmsilçisi kimi futbolçu ala bilməyib. Son olaraq büdcə məsələsidir. Heç bir klubumuzun büdcəsi "Qarabağ" qədər deyil. Bu səviyyədə qalmaq üçün sənə 40-50 milyon büdcə lazımdır. Təbii ki, pul hər şey demək deyil. Klublarımızın aldığı legoinerlərin keyfiyyəti sual doğurur".


Tarverdi