40 ildən sonra tarixlərində 24-cü dəfə Kral Kubokunu qazandılar
İspaniya Kral Kubokunun qalibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, "Atletik" 40 ildən sonra tarixində 24-cü dəfə bu mükafatı əldə edib.
Bilbao təmsilçisi həlledici qarşılaşmada "Malyorka"dan üstün olub.
Basklar əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasında qalib adını qazanıblar - 4:2.
Ernesto Valverdenin baş məşqçisi olduğu komanda sonuncu dəfə 1983/1984-cü illər mövsümündə kuboka sahib çıxmışdı.
Kral Kubokunu ən çox qazanan komanda isə "Barselona"dır (31 dəfə).