Avropa çempionatlarında ən çox qol vuran futbolçular - SİYAHI
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatlarında ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.
Mediasport.az xəbər verir ki, sıralamada qitə birinciliklərinin seçmə və final mərhələlərində vurulan qollar nəzərə alınıb.
Reytinqə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu başçılıq edir. 38 yaşlı dünya ulduzunun aktivində 67 matç və 54 qol var.
Ronaldu qolların 40-nı seçmə, 14-nü final mərhələlərində vurub.
"Əl-Nəssr"in futbolçusu ən yaxın izləyicisi - Polşa yığmasının lideri Robert Levandovskini azı 2 dəfə qabaqlayır.